"İrəvan bütün danışıqlar prosesində Bakıya uduzmağa məhkumdur"-Düşmən nokautda...

"Ermənistan işğal etdiyi Dağlıq Qarabağı beynəlxalq subyektin bir parçasına çevirə bilmədi. Bundan sonra bütün danışıqlar prosesində də Bakıya uduzmağa məhkumdur".
Bu barədə "Sherg.az" diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.
O qeyd edib ki, İrəvan beynəlxalq danışıqlarda nokaut vəziyyətinə düşəcək:



"Qarabağla bağlı qəbul edilən beynəlxalq sənədlər və bəyanatlar Azərbaycanın lehinədir. Ola bilər ki,qəbul edilən sənədlər kağız parçası kimi görünsün. Reallıq budur ki, həmin sənədlər bu gun Ermənistan və erməni lobbisinin qondarma Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanıdılmasına böyük maneədir. Beynəlxalq arenadan dəstək alan rəsmi Bakı, cəbhə bölgəsində də düşmən üzərində mənəvi-psixoloji üstünlüyü saxlayır. Son günlər cəbhədə baş verənlər,xüsusilə,Ermənistan ordusu arasında intihar hadisələrinin artması İrəvanda daxili gərginliyi artırır. Üstəlik, Ermənistan tərəfdən sülh prosesinin uzanması, bölgədə yeni müharibə riskini yaxınlaşdırır".

Qeyd edək ki, Ermənistan parlamentində  qapalı iclas keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş Qərargah rəisi Artak Davtyanın iştirakı ilə baş tutacaq görüşdə orduda son vaxtlar artan intihar halları müzakirə olunacaq.  Bu barədə “Çiçəklənən Ermənistan” partiyasının üzvü Ani Samsonyan deyib. İclas fevralın 18-də keçiriləcək.  Xatırladaq ki, Ermənistan ordusu 2020-ci ildə 13 hərbçi qulluqçusunu itirib. Onların hamısı daxili insidentlərin qurbanı olub. Son 3 gündə isə orduda 3 intihar faktı qeydə alınıb.

Məlumat üçün bildirək ki, dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.   



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu