Qurd sürüsünün içində it gəzir


Türkiyənin Aksaray bölgəsində qurdlar kəndə enib. 6 qurdun yanlarında bir itlə birlikdə hərəkət etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, yemək tapmaqda çətinlik çəkdiyi güman edilən 6 qurd Çimeliyeni kəndinə gəlib. Bir fermada qalan Yılmaz Koç, gecə itlərin hürdüyünü fərq edərək, təhlükəsizlik kameralarından yatağının qarşısında 6 qurd ilə bir itin keçdiyini görür.

 Yılmaz Koç bunları söyləyib:



"Saat 03.00 radələrində itlərim hürdü və mən dərhal kameralara baxdım. Fermanın kənarında bir qurd sürüsünün içində it gördüm. Heyrətlər içində qaldım. İlk dəfə belə bir hadisəyə şahid oldum. Qurdların içərisində itin gəzməsi ilk dəfə idi. İki gün əvvəl  səhər qurd sürüsü yenə gəlmişdi. O zaman sürünün içində it yox idi. Bu it təxminin qurdlarla adaptasiya olmuş və onlarla gəzir. ''

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu