Deputat: "Azərbaycan prezidenti tutarlı cavabları ilə Paşinyanı çətinə saldı"-Dünya həqiqətləri duydu    

"Paşinyanın nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Bütün dünya bir daha kimin kim olduğunun şahidi oldu"



"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında baş tutan canlı debatda, tərəflər bir daha öz mövqelərini bəyan etdi".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, cənab Prezidentin tarixi faktlara əsaslanan giriş nitqindən, son 30 ildə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini ardıcıllıqla sadalamasından sonra Paşinyan rabitəsiz, primitiv cümlələrlə cavab verib: 




"Həmin an erməni baş nazir imtahana hazır olmayan, bileti çəkəndən sonra konkret suallara cavab verə bilməyərək, ətrafında boş boğazlıq edən tələbəni xatırlatdı. Artıq dünyanın bir çox xalqlarının lağı mövzusuna çevrilmiş mifik “böyük ermənistan” xəstəliyindən, özünün icad etdiyi inqlablardan, Xocalı soyqırımını törətdikləri haqda, öz sələflərinin etiraflarını unudaraq, hansısa ermənipərəst qəzet yazısını fakt kimi göstərəndə, onun nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Bütün dünya bir daha kimin kim olduğunun şahidi oldu".

Parlament üzvü vurğulayıb ki, Prezidentin, Paşinyan kimi,əsl daşnak xislətli, həyasız  küçə təfəkkürlü iddialarına, soyuqqanlı şəkildə, tutarlı,lakonik və konkret cavabları, erməninin necə də çətin duruma düşdüyünü əyani şəkildə göstərdi: 

"Bir daha əmin oldum ki, Ermənistanda ciddi kadr problemləri mövcuddur və nə qədər ki, xalq olaraq zəhərlənmiş, erməni xəstəliyindən, qurtarmayıblar o ölkənin gələcəyi yoxdur. Bugünkü reallıq bundan ibarətdir. Düşmən  ölkə çox gözəl başa düşür ki, ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, spergüclərin reqiondakı maraqları olmasa, qısa bir zamanda Azərbaycan ordusu tarixi həqiqətləri bərpa etmək iqtidarındadır. 2016- cı ilin aprel döyüşləri zamanı, cəmi 40 dəqiqə ərzində Lələtəpə kimi yüksəkliyi işğaldan azad etməklə, bunu sübut etdi.  Hesab edirəm ki, dünənki, debatdan sonra hər bir azərbaycanlı, nümayiş etdirdiyi ən yüksək diplomatik keyfiyyətlərinə, xalqımızı ləyaqətlə təmsil etdiyinə görə öz Prezidenti ilə bir daha qürur hissi keçirdi. Uğurlar Azərbaycan!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu