Bakıda “avtoşluq” edən sürücü kameraya düşdü

Bakıda “Mercedes” markalı avtomobili ilə “avtoşluq” edən sürücünün görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, görüntülər Zabrat qəsəbəsində lentə alınıb. 

Sosial şəbəkədə yayımlanan videoda 99-BA-012 dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığından sola manevr edib, daha sonra isə əl əyləcindən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu