Tramp Bağdadi yerinə Ben Ladeni seçib - KİV

ABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarından Əl Qaidənin keçmiş lideri Üsamə ben Ladenin oğlu Həmzə ben Ladenin məhv edilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu məlumatı NBC televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Trampın prezidentliyinin ilk iki ilində ona ən təhlükəli terrorçuların siyahısı təqdim edilib. Terrorçular siyahısında ilk pillədə Əbubəkr Bağdadinin olmasına rəğmən, Tramp ilk olaraq ABŞ üçün daha az təhdid kəsb edən Həmzə ben Ladenin öldürülməsini istəyib.

Qeyd edək ki, Həmzə ben Laden keçən ilin sentyabrında məhv edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu