Polis Qubad İbadoğlunun döyülən qızı ilə bağlı açıqlama verdi

İqtisadçı ekspert Qubad İbadoğlu 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16-cı məntəqəsində qızı Jalə Bayramovanın döyülməsi ilə bağlı araşdırılma aparılmamasından şikayətlənib.

Məsələ ilə bağlı Axar.az-a rəsmi açıqlamasında DİN-nin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev qeyd edib ki, hadisənin araşdşrılmadığı barədə iddiaların heç bir əsası yoxdur:

“76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülər araşdırılır və zərərçəkənin ifadəsi də alınıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə fevralın 9-u Qubad İbadoğlunun qızı, məşvərətçi səs hüquqlu Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində səsvermə zamanı 1987-ci il təvəllüdlü Azadə Kərimova tərəfindən döyülməsini əks etdirən video yayılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu