Bu gün daha iki dairə ləğv ediləcək? - MSK-dan çavab

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır. MSK-nın iclası 16:00-da keçiriləcək. İclacda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq.

Artıq sosial şəbəkələrdə MSK-nın bugünkü müzakirəsi ilə bağlı ehtimallar səsləndirilib. Bildirilir ki, iclasda daha iki dairənin nəticəsinin ləğvi gözlənilir.

MSK-nın katibi Mikayıl Rəhimov saytımıza açıqlamasında bildirib ki, hansısa dairənin nəticələrinin ləğv edilməsi müzakirələrdən asılıdır:

“Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında dairələr üzrə daxil olan şikayət və müraciətlərə baxılacaq, ekspert rəyləri dinləniləcək. Ondan sonra məlum olacaq ki, hansısa dairənin nəticələri ləğv edilə bilər, ya yox. Bu, daxil olan şikayətlərlə bağlı aparılan araşdırmanın nəticəsindən və ekspert rəylərindən asıldır”.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclası zamanı 4 dairə üzrə (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan) seçki nəticələri ləğv edilmiş, 20-yə yaxın dairə üzrə şikayətlər isə DSK-lara göndərilmişdi. (axar)

Fevralın 15-də keçirilən iclasda isə daha bir neçə dairə üzrə şikayətlər DSK-lara göndərildi.

MSK sədri Məzahir Pənahov DSK-lara göndərilən şikayətlərin 80 faizinin geri qayıdacağı və MSK-da müzakirə olunacağını ehtimal etdiyini açıqlamışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu