Münhen debatı: İlham Əliyev Paşinyanın yalanlarını bir daha ifşa etdi - ŞƏRH

Xəbər verdiyimiz kimi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.

Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub. Bununla bağlı Sherg.az-a danışan millət vəkili Azər Badamov bildirib ki, dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezident İlham Əliyevin ən böyük xüsusiyyətidir.

Deputat qeyd edib ki, Münhendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nakaout edib:

“Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə, İlham Əliyevin tarixi faktlarla və tarixin necə baş verdiyini açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni baş nazirini çətin duruma salmışdı.



Azər Badamov: “Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyə çalışması idi”


İrəvanın ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini cənab İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta Stepankert adının yeni bir ad olduğunu və oranın əsil tarixi adının Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi, bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyə çalışması idi. Xocalı soyqırımı törədənlərin adbaad məlum olduğunu, ermənilərin yalanları ilə Rusiyanın “Arqumenti faktı” qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası, ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idi. Qısa olaraq qeyd etmək istəyirəm ki, Münxendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, ermənilərin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi və ölkənin gələcəyini sevən hər bir Azərbaycan vətəndaşında qürur hisləri yaşatdı”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu