Paytaxtda oğurluq edən yeniyetmələr saxlanıldı

Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq, dolabdan qızıl-zinət əşyaları və iki ədəd mobil telefon oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq hadisəsini törədən şəxs ikinci mərtəbədə yerləşən mənzilə pəncərəni qıraraq daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulub.

Araşdırma zamanı onların Binəqədi rayonundan başqa, paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.

Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində S.S.Axundov küçəsində yerləşən dönər satışı məntəqələrindən birindən 800 manat və bir ədəd dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini - əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Araşdırma zamanı onun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu