"Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu böyükdür"


 İlyas Hüseynov:“Cənub Qaz Dəhlizinin ən böyük özəlliyi ondan ibarətdir ki, Avropa Birliyi ölkələri alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanacaq”


“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət və hökumət başçıları, dünyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşündə Avropanın enerji təhlükəsizliyi təmin olunmasında Azərbaycanın oynadığı rolu haqqında geniş fikir bildirdi. Ölkə başçısı fevralın 14-də Münhen Təhlükəsizliyik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-ın açılışını xüsusi qeyd etdi”.

Bunu “Sherg.az”a politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu, regionumuzun əsas infrastruktur layihələrindən biri hesab olunur:



“Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. “Şahdəniz” yatağından hasil olunan qaz artıq Türkiyə-Yunanıstan sərhədinə qədər çatdırılıb. TAP layihəsi də bu ilin sonunda tamamalanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi istismara veriləcək. Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalanıb. Bu layihənin ən böyük özəlliyi ondan ibarətdir ki, Avropa Birliyi ölkələri alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanacaq. Və davamlı olaraq öz enerji təhlükəsizliyini təmin edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu