Düşmən təxribatı davam edir: İrəvan danışıqların pozulmasında maraqlıdır - ŞƏRH

İki gün əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - Seymur Ələsgərov şəhid edildi. Siyasi şərhçilərə görə, erməni silahlı birləşmələrinin atəşkəsi məhz üç gün öncə, yəni Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər zamanı pozması müəyyən məqsədlərə hesablanıb. Onların fikrincə, Ermənistandakı məlum siyasi dairələr qərəzli şəkildə cəbhədə təxribata əl atıblar.

Düşmən tərəfin addımlarını Sherg.az-a dəyərləndirən Sülh və Münaqişələrin Həlli İnstitunun direktoru Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinynanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü fonunda Azərbaycan hərbçisinin şəhid edilməsi erməni tərəfindən planlaşdırılan təxribat idi. 

Analitikin sözlərinə görə, bu təxribat Münhendə münaqişə tərəfləri arasındakı danışıqları pozmağa hesablanıb: 



Politoloq: “Qarabağ klanı” danışıqlara zərbə vurmaq üçün əlindən gələni edir”


“Ermənistan ordusunun işğal olunmuş ərazilərində kifayət qədər Sarkisyanın tərəfdarı olan hərbçilər kök salıb. “Qarabağ klanı” danışıqlara zərbə vurmaq üçün əlindən gələni edir. Onlar əsasən danışıqlar mərhələsini pozmaq üçün bu kimi təxribatlara əl atırlar. Danışıqların pozulması Paşinyanın da marağındadır. Onun panel dialoqunda irəli sürdüyü tezislər nizamlanma prosesinin pozulmasına xidmət edirdi. Açıq dailoqda danışıqların mahiyyətini dəyişərək, Paşinyanın tarixə ekurkursiya etməsi daxili auditoriyaya hesablanmışdı. Prezident İlham Əliyev Paşinyana yüksək səviyyədə öz yerini göstərdi və erməni liderinin nə qədər diledant olduğunu sübuta yetirdi. Paşinyanın danışıqları manipulyasiya etməsinə imkan tanımadı. Onun bütün yalan arqumentlərini ifşa etdi. Erməni cəmiyyəti də rəhbərlərinin nə qədər populist olduğunun şahidi oldu”.

Ekspertin fikrincə, Qarabağ danışıqlarının Qərbdə keçirilməsini özünün geosiyasi maraqlarına təhlükə sayan dövlət də var: 

“Məlumdur ki, bir neçə gün öncə Rusiyanın xarici işlər nazirinin müavini Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın vasitəçiliyini və pioritetlərini vurğulamışdı. Rusiyanın əsas marağı bütün danışıqlar mərhələsinin məhz onun ərazisində keçirilməsidir. Moskva danışıqların onun iradəsindən kənarda aparılmasını qəbul etmir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu