Ədliyyə naziri yeni təyinat etdi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu