MSK sədri: “Guya mən polisi vaxtından qabaq tərifləmişəm”

"Belə fikirlər var ki, guya mən polisi vaxtından qabaq tərifləmişəm".

Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib. 

M.Pənahov əlavə edib ki, polisin qanuni hərəkəti heç kimi narahat etməməlidir: 

“Görüntülərə baxın. Polis səs-küy olan məntəqələrə gəlib, orada söhbət aparır. Tək bir faktı mənə göstərdilər ki, orada polis hücuma məruz qalır”. 

M.Pənahov MSK üzvlərinə də çağırış edib: 

“Sizlər vətəndaşlıq mövqeyi nümayiş etdirməli və mənim dediyimin kontekstdən çıxarılmasına etiraz etməli idiniz”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu