İmamverdi İsmayılovun “liderliyindən” şikayət təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan şikayətə baxılıb. 

Oxu.Az-ın məlumatına görə, bildirilib ki, şikayət həmin dairədən deputatlığa namizəd Anar Əsədli tərəfindən verilib. 

A.Əsədli şikayətində 125 saylı Dairə Seçki Komissiyasının hərəkətsizliyini iddia edib.

Müraciət araşdırılıb və DSK-nın hərəkətsizliyi ilə bağlı iddia təsdiqini tapmadığına görə şikayət təmin edilməyib. 

Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu