İki yaşlı uşaq “Facebook”un köməyi ilə anasını ölümdən qurtardı

Böyük Britaniyanın Pul şəhərində azyaşlı anasını ölümdən xilas edib. “Daily Mirror”un yaydığı xəbərə görə, buna səbəb iki yaşlı Sofiya Mizenin yüksək diqqəti olub.

Belə ki, S.Mizenin 28 yaşlı anası Samantanın tutmaları başlayıb. Bu zaman azyaşlı anasının telefonunu götürüb və onun barmağını toxundurmaqla kilidi açıb.

Bundan sonra balaca qız nənəsinə “Facebook”la görüntülü zəng edərək mətbəxdə yerdə uzanmış vəziyyətdə olan anasını göstərib.

Nənəsi dərhal təcili yardım çağırıb. S.Mizen dörd yaşlı qardaşı İtanla həkimlərin gəlməyini gözləyib.

Həkimlərin müayinəsindən sonra Samantanın bağırsaq infeksiyasından əziyyət çəkdiyi məlum olub. O, müalicəni uğurla başa vurub və tam sağalıb.

“Mən İtanın kömək edəcəyini gözləyirdim, çünki ona çıxılmaz vəziyyətlərdə necə davranmaq lazım gəldiyini öyrətmişdim. Sofiyanın qardaşına öyrətdiklərimi yadında saxlaması ağlıma belə gəlməzdi”, - deyə qadın bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu