Hərbi alpinistlərimizdən “Xocalıya ədalət!” yürüşü – VİDEO

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyə ərazisindəki Ağrı dağına ekspedisiya təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekspedisiyada Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, eləcə də Azərbaycan Alpinizm Federasiyasının təcrübəli alpinistləri Rüfət Qocayev və Nemət Ağayev iştirak edirlər.

Hərbi alpinistlərimiz Ağrı dağının 5157 metrlik zirvəsinə qalxaraq orada Azərbaycan və Türkiyə  bayraqlarını dalğalandıracaq, Xocalı faciəsi zamanı qətlə yetirilən insanların fotolarını yüksək dağ zirvəsinə yerləşdirəcəklər.

Səfərdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının xatirələrini yad ediblər.

Ekspedisiya martın 1-dək davam edəcək.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu