İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? - AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqqında məlumat paylaşılıb. Yayılmış məlumatlarda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib. Azxeber.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.

O bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu “Buğlama” şousu da yayımını davam etdirir. Onu da qeyd edim ki, “Buğlama” prodakşn layihəsidir”.

İlkin Həsəni özü də bu məlumatı təkzib edib:

“Sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər, nəzərinizə çatdırım ki, mən beş ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hazırda isə film, serial, reklam istehsal edən şirkət “İLK Media”da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir”. 

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqqında sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu