Türkiyə diplomatik heyətin rusiyalı həmkarları ilə danışıqları sabah davam edəcək


Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi heyət Moskvada Rusiyalı diplomatik heyətlə görüşüb.

APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən xəbərə görə, tərəflər arasında danışıqlarda əsas mövzu yenə İdlib olub.

Suriyada baş verən son durumlar, bölgədə gərginliyin azaldılması və insan itkilərinin qarşısının alınması üçün Türkiyə tərəf təcili addımların atılmasının vacibliyini vurğulayıb. İdlib mövzusunda əldə olunan Soçi memorandumuna tam olaraq əməl edilməsi, baş verəcək qanun pozuntularının qarşısının alınması da müzakirə edilib.

Danışıqlar sabah davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu