Xəstəxanaya çatmadı: Qadın körpəsini yolda dünyaya gətirdi


Türkiyənin Adana şəhərində qeyri-adi hadisə yaşanıb. Mikroavtobusla xəstəxanaya aparılan hamilə qadın, yolda körpəsini dünyaya gətirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzində yaşayan suriyalı Nemət Sraj Əlinin doğum sancıları  başlayıb. Yaxınlarının maşınına götürülən qadın avtomobilin  ön kreslosuna əyləşdirilib. Bundan sonra avtomobil xəstəxanaya doğru hərəkət edib, lakin körpə xəstəxanaya çatmadan dünyaya gəlib.
Adana xəstəxanasının önünə gələn avtomobildən körpəni tibb işçiləri götürüb. Hadisədən sonra suriyalı qadın və körpəsi xəstəxanaya yatırılıb, vəziyyətləri qənaətbaxşdir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu