İcra başçısı köməkçisini işdən çıxardı

Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

“Qafqazinfo”nun xəbərinə görə, Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.

İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib. 

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu