“Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız yoxdur”

Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib. Oxu.Az xəbər verir ki, hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:

“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.

Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib. 

“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.

Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu