İbrahim Tatlısəslə bağlı məhkəmə qərar çıxardı: Təcavüzdə ittiham olunur

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs təzminat alacaq.

“Hurriyet”in yaydığı xəbərə görə, təzminatla bağlı keçirilən məhkəmə prosesi müğənninin xeyrinə başa çatıb.

Belə ki, Sibel Gökçe adlı keçmiş rəqqas “Aramızda Kalsın” verilişində 20 yaşında olarkən Tatlısəs tərəfindən təcavüzə uğradığını deyib. 

Bundan sonra etibarının sarsıldığını deyən müğənni məhkəməyə müraciət edərək 60 000 lirə (16,848 AZN) təzminat istəyib.

Məhkəmə qərarına görə, S.Gökçe Tatlısəsə böhtan atdığı üçün 12 000 lirə (3,369 AZN) təzminat ödəyəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu