Donbasda müharibə alovlandı: Kiyev BMT-yə müraciət etdi

Ukrayna Xarici İşlər naziri Vadim Pristayko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinə sülhməramlıların yerləşdirilməsi üçün BMT Baş Assambleyasına müraciət edəcək.

Axar.az xəbər verir ki, bunu Pristayko jurnalistlərə açıqlamasında söyləyib.

“Mən sabah Nyu Yorka baş katiblə danışıqlara və BMT Baş Assambleyasında çıxışa gedirəm. Rusiya sülhməramlı kontingentin bütün Donbasda yalnız təmas xəttinə yerləşdirilməsinə razılıq verir. Ukrayna isə sülhməramlıların bütün Donbasda yerləşdirilməsini istəyir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər tezdən Donbas separatçıları Ukrayna ordusuna qarşı hücum başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu