Yanğın zamanı “Sədərək”də dayanacaqda pul yığılıb?

Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı bazardakı dayanacaqdan çıxan avtomobillərdən dayanacaq üçün ödənişin tələb edilməsi barədə məlumat həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib. O bildirib ki, yanğın zamanı kassirlər heç kimdən ödəniş tələb etməyib.

Qeyd edək ki, mətbuatda Sədərək Ticarət Mərkəzində yanğın zamanı şlaqbaumların bağlı olması və kassirlərin maşınların bazardan çıxması üçün 50 qəpik yerpulu alması barədə məlumat yayılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu