Haaqa Məhkəməsi Rusiyanı 50 milyard dollar cərimələdi

Haaqa Apellyasiya Məhkəməsi Rusiyanı 50 milyard dollar cərimələyib.

Axar.az xəbər verir ki, məhkəmə Moskvanın bu məbləği YUKOS səhmdarlarına ödəməsi gərəkdiyini haqda qərar çıxarıb.

Rusiya Ədliyyə Nazirliyi artıq məsələ ilə bağlı açıqlama yayıb. Nazirlik Haaqa Apellyasiya Məhkəməsinin qərarından Niderland Ali Məhkəməsinə şikayət verəcəklərini bildirib.

Qeyd edək ki, 2014-cü ildə Haaqadakı Beynəlxalq Arbitraj Rusiyanın YUKOS şirkətini qanunsuz milliləşdirdiyi haqqında qərar qəbul etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu