Məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada yanğın olub


Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdıqları beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində bir otaqda ev əşyaları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu