“Debat bir daha göstərdi ki,  Paşinyan hələ də küçə səviyyəsindən qalxa bilməyib" - Gənc fəal


“Münhendə baş tutan debat Azərbaycan diplomatiyasının növbəti qələbəsi idi”. 

Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. 

Gənc fəal bildirib ki, dövlət başçısının çıxışı Azərbaycan xalqının mövqeyini tam şəkildə ifadə edir: 



“Prezident İlham Əliyevin Münhendə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırması dövlət başçısının ilk diplomatik qələbəsi deyil. Bundan əvvəl MDB dövlət başçılarının iclasında, eyni zamanda Valday Beynəlxalq Diskussiya Klubunun keçirdiyi Forumda cənab Prezident Dağlıq Qarabağla bağlı mühüm həqiqətləri nüfuzlu tribunalardan səsləndirib. Dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçılıq faktına və İrəvanın tutduğu qeyri-konstruktiv mövqeyə yönəldib. Münhen debatı da bunun təkrarı oldu. Ancaq burada diqqət çəkən məqam o idi ki, Azərbaycan Prezidenti ilə erməni baş nazir ilk dəfə ictimaiyyət qarşısında canlı debata çıxmışdılar. Debatın bütün mərhələlərində Prezident İlham Əliyevin aşkar üstünlüyü, dövlətin haqlı mövqeyindən və gücündən irəli gələn psixoloji, siyasi, intellektual səviyyəsi özünü bariz şəkildə göstərdi”. 

F.Şahbazlının sözlərinə görə, dövlət başçısı Münhendə növbəti dəfə Paşinyana və bütün ermənilərə tarix, siyasət və beynəlxalq hüquq dərsi verdi: 

“Debat bir daha göstərdi ki, Nikol Paşinyan hələ də küçə səviyyəsindən qalxa bilməyib. Baş nazirin öz ölkəsi, hətta yaxın tarixi ilə bağlı nə qədər məlumatsız olduğu üzə çıxdı. Paşinyanın sınıq-salxaq ingiliscəsi ilə Prezidentimizin möhtəşəm və intellektual dil bilgisi arasında ciddi fərq özünü aydın göstərdi. Gənclər olaraq belə yüksək səviyyəli bir çıxışa görə ölkə başçısına təşəkkürümüzü bildiririk”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu