Daha bir seçki məntəqəsinin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Bu barədə məlumat verən MSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb. 

O qeyd edib ki, həmin dairədə 4 saylı seçki məntəqəsininin protokolunda seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkarlanıb. 

“Bundan əlavə, sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”. 

MSK ekspert qrupunun rəyi əsasında dairə üzrə bəzi məntəqələrin ləğv edilməsi təsdiqlənib. 

Qeyd edək ki, 32 saylı Suraxanı Seçki Dairəsi üzrə lider namizəd Afət Həsənovadır.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu