Pişik sahibi olan tələbələr, olmayanlara nisbətən daha yüksək not alır - Alimlərin araşdırması

Məlum olub ki, ev heyvanı saxlayan adamların infarkt keçirmə ehtimalı, saxlamayanlara nisbətən daha azdır
 
 Pişik sahibi olmağın həm bədənə, həm də ruha olan faydalarını bilirdinizmi? Mütəxəssislərə görə, pişik saxlamaq təkliyə və depresiv ruh halına yaxşı təsir edir. Ayrıca uşaqların ictimai ünsiyyətinə təkan verir və empati və məsuliyyət duyğularını artırır. Belə ki,  pişik saxlayan adamların infarkt keçirmə ehtimalı, saxlamayanlara nisbətən daha azdır. 

 Elmi işlərin bunu  bir daha sübut etdiyini vurğulayan  Uzman psixoloq Dilara Aloğlu, "Pişiklər insanlar üçün həm ruhi, həm də fiziki baxımdan fayda verən heyvanlardır. Bəzi araşdırmalar pişik saxlayan kəslərin infarkt keçirmə ehtimallarının saxlamayanlara  görə daha az olduğunu ortaya qoyub.
 Məsələn, Minnesota Universitetində aparılan araşdırmalara görə, pişik sahibi olmayanlar, evlərində pişik saxlayanlarla müqayisədə  ürək və damar xəstəliklərindən qaynaqlanan ölümlərə yüzdə 40 faiz nisbətində daha çox meyllidir. Buffalodakı  Nyu -  York Universitetində aparılan araşdırmalar isə, pişik sahiblərinin digərlərinə görə daha aşağı təzyiqə sahib olduğunu ortaya çıxarıb. Eyni zamanda  ev heyvanları tək yaşayan insanlara yoldaşlıq və məsuliyyət sahibi olmaları mövzusunda son dərəcə yardımçı  olur.
Uşaqların ruhunu qidalandırır, immunitetini gücləndirir
Evdə pişik saxlamağın uşağın inkişafı və ruhi sağlamlığı baxımından da əhəmiyyətli təsirləri olduğunu qeyd edən Aloğlu, "Uşaqlar üçün ev  heyvanı saxlamaq onların ictimai ünsiyyətini, empati və məsuliyyət duyğularını artırmaqdadır. Pişiklərlə böyüyən uşaqların tez sosiallaşdığı  və xüsusilə tək uşaqların paylaşmağı öyrəndiyi “ deyə bildirir.
Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər təşkilatında vəzifə yerinə yetirən Dr. Marshall Plaut, erkən yaşlarda ev heyvanları ilə təmasla böyümənin irəlidəki dövrlərdə  immunitet sistemini gücləndirdiyini və tez-tez rast gəlinən allergiyaları ciddi nisbətdə azaltdığını vurğulayır.
Pişiklərin xüsusilə tək yaşayanların həyata bağladığını və ev içərisində onlara yoldaş olduğunu qeyd edən Dilara Aloğlu, "Pişik, depressiyada olan kəslərin həyatdan kef almalarına səbəb ola bilir. Bir pişiyin sizə yoldaşlıq etməsi, özünü sevdirməsi və davamlı yanınızda vaxt keçirməsi  sizin özünüzü yaxşı hiss etmənizə  səbəb olar. Araşdırmaların  nəticələrinə görə, bir çox psixoloji narahatlığın təklik nəticəsində ortaya çıxdığı məlum olur. Ona görə günün sonunda evə gəldiyiniz zaman pişiyinizlə vaxt keçirmək əhvalınızı  yüksəldəcək" deyir.
Bir çox araşdırmalara görə, heyvan sevgisinin insana yaxşı təsir etdiyini bildirən psixoloq Dilara Aloğlu bunları qeyd edir:
 "Bristol Universitetində aparılan araşdırmalara görə, pişik sahibi olan insanların universitet bitirmə nisbəti it sahibi olmaylara nəzərən daha yüksəkdir. Bənzər şəkildə 2014-cü ildə Visconsində aparılan araşdırmaya görə, pişik sahibi olan universitet tələbələrinin, olmayanlara  nisbətən daha yüksək  not aldıqları ortaya çıxmışdır.
Nəticə olaraq hər evdə bir ev  heyvanın olması, həm uşaqların inkişafı baxımından, həm də fiziki və ruhi narahatlıqlar baxımından qoruyucu bir faktor olacaq" deyə bildirilir”.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu