Dietoloqların fevral ayı üçün tövsiyəsi: limon, balıq, pendir, kivi, sarımsaq... 

Fevral ayında insanların daha çox üstünlük verməli olduğu meyvə, tərəvəz və qida mnəhsullarının adı açıqlanıb.
 «Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, Fransa Səhiyyə Agentliyi fransız dietoloqların fevral ayı üçün xarakteristik olan respeti təqdim edib. Agentlik həmin reseptə əsasən tövsiyəə edir ki, fevral ayında insanlar daha çöx meyvə, tərəvəz, balıq və dəniz məhsulları, eyni zamanda pendir yeməlidirlər. 

Tövsiyyə olunan meyvələrə limon, kivi, mandarin, portağal, armud, alma və qreyfurt daxildir. 

Tərəvəzlərə çuğundur, kök, brokoli, kələm, gül kələmi, soğan, yaşıl sarımsaq və şalğam aid edilir.  

Bundan başqa, təbii yolla hazırlanan bütün növ pendir tövsiyə olunur. 

Balıq və digər dəniz məhsulları da tövsiyə olunan əsas qidalar siyahısında öndədir. 

Agentlik tövsiyə edir ki, bu mövsümdə ət yeməklərini az yemək lazımdır. Dondurulmuş və konservləşdirilmiş məhsullara çox üstünlük verməməyi məsləhət görürlər.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu