Rusiyalı publisistdən Qaregin Njde ilə bağlı çağırış: Hücum mövqeyi...

Publisist, Rusiya tarixi ilə bağlı bir sıra kitabların müəllifi Dionis Kaptar hücum mövqeyi tutmağa və nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının qarşısını almaq üçün tədbir görülməsinə çağırış edib.

“Rosbalt” xəbər verir ki, Kaptar müvafiq bəyanatla fevralın 17-də Rusiya Dövlət Dumasının Millətlərin İşləri Komitəsi və Dövlət Duması yanında Gənclər Parlamentinin birgə təşkil etdiyi “Rusiya xalqlarının Böyük Vətən Müharibəsi haqqında tarixi yaddaşı. Nəsillərin əlaqəsi” adlı “dəyirmi masa”da çıxış edib.

Çıxışı zamanı alim Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” hesabatından sitat gətirib.

Hesabatda deyilir ki, “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu