Bakıda itkin düşən 2 nəfər tapılıb - RƏSMİ


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də 28 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumatına görə, onlardan 10-ı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 3, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 16 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu