Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb


Gürcüstanın Türkiyə ilə sərhədində yerləşən Sarp gömrük keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin birgə əməliyyatı nəticəsində saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilir. 

Saxlanılan şəxsin narkotik vasitələri Gürcüstan ərazisinə daxil etmək istədiyi bildirilir. 

Axtarış zamanı saxlanılan şəxsin üzərindən 1702 həb, 440 kapsul preqabalin, 72 qram amfetamin və 237 qram marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsi 20 ilədək həbs cəzası gözləyir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu