Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Bu barədə Report-a Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.

“Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayımlanıb. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib”, - diplomatik nümayəndəlikdən bildirilib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu