Gürcüstanda nazir TŞ-yə rəhbər gətirilir

Gürcüstan Daxili İşlər naziri Vaxtanq Qomelauri Milli Təhlükəsizlik Şurasına rəhbər gətiriləcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya hökumətin iclasında çıxışı zamanı deyib.

“Bilirsiniz ki, Təhlükəsizlik Şurası fövqəladə vacib orqandır. Bu orqan effektiv işləməlidir. Hazırkı situasiyaya uyğun olaraq, mən sizə yeni Təhlükəsizlik Şurası katibini təqdim edirəm. Bu, Daxili İşlər naziri Vaxtanq Qomelauridir”, – deyə o bildirib.

Qeyd edək ki, Qomelauri daxili işlər naziri olmazdan öncə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu