Serj Sarkisyanın məhkəməsinin vaxtı bilindi

Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın ilk məhkəmə iclasının vaxtı məlum olub.

“Sputnik Ermənistan” xəbər verir ki, “dizel işi” üzrə məhkəmənin hazırlıq iclası fevralın 25-də, saat 15:00-da keçiriləcək.

Məhkəmə işinə hakim Vaqe Misakyan baxacaq.

Keçmiş prezident “Flash” şirkətinə himayəçilik etməkdə ittiham edilir.

Şirkət rəqibindən (təxminən bir milyon dollar fərqi ilə) daha yüksək qiymət təklif etsə də, dizel yanacağının tədarükü üçün tenderi qazanıb. Bununla da dövlətə külli miqdarda ziyan dəyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu