Sərnişin təyyarəsinin mühərriki alovlandı

“GoAir” aviaşirkətinə məxsus təyyarə uçuşa hazırlaşan vaxt mühərriki alovlanıb. Bu barədə “The Independent” xəbər yayıb.

Hadisə Hindistanın Əhmədabad şəhərinin aeroportunda baş verib. Yanğına səbəb kimi mühərrikə düşən yad cisim göstərilir.

Alovu operativ şəkildə söndürmək mümkün olub. Bütün sərnişinlər və heyət üzvləri təxliyyə olunub. Zərərçəkən yoxdur.

Hadisə ilə əlaqədar olaraq Banqalor şəhərinə planlı uçuş dörd saat müddətinə təxirə salınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu