Politoloq: “Dünya ictimaiyyəti bildi ki, Azərbaycan üçün Qarabağ probleminin həlli...”

“Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın mövqeyini ortaya qoydu”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debata ciddi şəkildə ehtiyac var: 

“Çünki Azərbaycan və erməni cəmiyyətləri münaqişənin nizamlanmasındakı detallarla, münaqişənin reallıqları ilə əlaqədar məlumatlara malik oldular. Dünya ictimaiyyəti Azərbaycan və Ermənistanın münaqişənin nizamlanması ilə əlaqədar mövqeyini bildi. Dövlət başçısı tarixin Azərbaycanın yanında olduğu və beynəlxalq hüquqdan sitatlar gətirərək, münaqişənin nizamlanmasında ermənilərin əslində işğalçılıq sifətini göstərdi.



Həm erməni ekspertləri, həm də dünyanın ayrı-ayrı politoloqları tərəfindən Ermənistan baş naziri Nikol Paşinyanın “nokauta” salınmasının şahidi olduq. Hər bir halda dünya ictimaiyyəti bildi ki, Azərbaycan üçün Qarabağ probleminin həlli mərhələli şəkildə ətraf rayonların qaytarılması və məcburi köçkünlərin öz torpaqlarına geri dönməsindən ibarətdir. Daha sonra isə Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bötövlüyü şəkildə qəbul edilməsidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu