MSK-nın iclasında ilk: Pozuntu ekranda göstərildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb. Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov S.Rəfullayevanın pozuntular səbəbindən dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş etdiyini bildirib.

Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslər etibarsız hesab edilməlidir:

“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici hallar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu