MSK şikayəti göndərdi: DSK isə hələ almayıb...

MSK-dan bizə heç bir şikayət göndərilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında 29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov dünən MSK-nın iclasında sözügedən dairə ilə bağlı şikayətin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsi ilə bağlı qərarı haqda danışarkən deyib.

“Bu haqda məlumatım yoxdur. Əgər MSK qərar veribsə, yəqin ki, axşama qədər şikayətlər dairəmizə təqdim olunacaq. Amma hazırda bizə heç bir şikayət göndərilməyib. Təbii ki, hər hansı bir şikayət olarsa, tərəfimizdən araşdırılacaq”, - o bildirib.

Qeyd edək ki, dünən MSK-nın iclasında Bəxtiyar Hacıyev 29 saylı Səbail seçki dairəsi üzrə 22 seçki məntəqəsində nəticələrin ləğv edilməsini istəyib.

Daha sonra Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail seçki dairəsi üzrə şikayətlərin bir qismini aidiyyəti üzrə DSK-a göndərilməsi ilə bağlı qərar qəbul edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu