Yayılan videolar məntəqələrin 3,2 faizini əhatə edir

Əgər vətəndaşlarda seçki məntəqələrində baş verən pozuntulara dair hansısa videolar varsa, onları sosial şəbəkələrə yerləşdirsinlər. Bizim araşdırmamız göstərdi ki, sosial şəbəkələrdə əksini tapan pozuntular ümumi məntəqələrin 3,2 faizini əhatə edir.

Bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, ölkə üzrə seçki məntəqələrinin sayı 5573-dür. Sosial şəbəkələrdə əksini tapan pozuntular isə seçki məntəqələrinin 175-ni əhatə edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu