Ermənistan hərbi polisinin rəhbəri vəzifədən qovuldu

Ermənistan hərbi polisinin rəisi general-mayor Artur Baqdasaryan istefaya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə əmri Ermənistan Prezidenti Armen Sərkisyan imzalayıb.

Mətbuat onun Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərlə bağlı yaranan situasiyaya görə istefaya getdiyini bildirib.

Baqdasaryanla bərabər Ermənistan ordusunun şəxsi heyətlə iş üzrə idarəsinin rəhbəri Aleksan Aleksanyanın istefaya göndərildiyi məlumatı da yayılıb.

Baqdasaryan 2017-ci ildə hərbi polisə rəhbər gətirilib.

Qeyd edək ki, ay yarım ərzində Qarabağda qeyri-döyüş şəraitində 13 erməni əsgər öldüyü üçün qondarma qurumun “müdafiə naziri” də istefa verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu