Bakıda sürücü avtobusda istirahət edir: Çay, telefon, siqaret..

Bakıda müntəzəm marşrut xəttinin sürücüsünün qaydaları kobud şəkildə pozması sərnişinlərdən biri tərəfindən lentə alınıb. 

Oxu.Az xəbər verir ki, videoda sürücünün avtobusu idarə edən zaman ayrı-ayrı vaxtlarda sükan arxasında siqaret çəkməsi, çay içməsi və mobil telefonla danışması əks olunub. 

Videonun 204 saylı müntəzəm marşrut xətti ilə hərəkətdə olan 10-TG-396 dövlət nömrə nişanlı avtobusda çəkildiyi bildirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu