Brayza: "İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir"

ATƏT Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb – Ermənistan və Azərbaycanı.

Bunu Trend-ə ATƏT Minsk qrupunun ABŞ-dan sabiq həmsədri Metyu Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, Minsk Qrupunun danışıqlarında yalnız Bakı və İrəvanın nümayəndələri iştirak ediblər: “Mən həmsədr olduğum müddətdə erməni tərəfi qondarma Dağlıq Qarabağ “nümayəndələri”nin iştirak etməsini istəyirdi, amma hər üç həmsədr bu müraciətləri qəbul etmirdi. Həmsədrlərin müqavimətindən sonra İrəvan bu tələbi irəli sürməyib”.

M.Brayza hesab edir ki, bu cür bəyanatlarla Ermənistan hökuməti Azərbaycanı qıcıqlandırmadan və danışıqlar masasında yaranan müsbət impulsu zərbə altına qoymadan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu