Avtomobilin vurduğu qadın xəstəxanda öldü

Bu gün Bakı-Quba yolunda avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mükün olmayıb. 

Qeyd edək ki, Bu gün Bakı-Quba yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Hadisə Şabranın Ağalıq kəndi ərazisində baş verib. 

1942-ci il təvəllüdlü Səkinə Musayeva Hilal qızını maşın vurub.  O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu