Rus qadın karantindən qaçmışdı: Məhkəmə qərar verdi


Yeni tip koronavirus üçün dünya səviyyəsində mübarizə davam edir. Virusla əlaqədar son gələn məlumat isə Rusiyadandır.
Alla Ilyina, Çindən Sant - Peterburqa döndükdən sonra boğaz ağrısı şikayətiylə xəstəxanaya müraciət edib və o Botkin Yoluxucu Xəstəliklər xəstəxanasında karantin altına alınıb.

Koronavirus testi mənfi çıxan Allaya, tədbir məqsədli xəstəxananı tərk etməməsi və iki həftə müddətlə karantində qalacağı deyilmişdi. Alla, "Etdirdiyim üç test də mənfi çıxdı, tamamilə sağlam olduğumu öyrəndim. Nə səbəbə iki həftə karantində qalmalıyam ki, nə mənası var?" deyə bildirmişdi.
Mediaya danışan qadın, xəstəxananın şərtlərindən də şikayət etmişdi:
 "Wi-Fi yox, kitab yox, şampun yox, zibil qutusu əsla boşaldılmır".
Sankt -Petersburq xətəxanasının baş həkimi Ilyina əleyhinə karantin qaydalarını pozmaq və cəmiyyət sağlamlığını təhlükəyə atmaq şikayətiylə iddia açmışdı. Məhkəmə Ilyinanın ifadəsinin antiseptik işıqlandırıcı altında alındığını və xəstəxanaya geri göndərilməsinə qərar verildiyini açıqlayıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu