At qadının başında şiş olduğunu hiss etdi - Kuryoz olay - FOTO



43 yaşlı çapar Kelli En iddia edir ki, məşq etdiyi sevimli atı onu ölümdən xilas edib. Alina ləqəbli at onun qoxusundan qadında ölümcül xəstəlik olduğunu qəribə səslənsə də hiss edib.

Medicina.az bildirir ki, İngiltərənin Blekbern qraflığında yaşayan Kelli Ennin başına gələnlər heyrət doğurur.

"İlk dəfə 2015-ci ildə məndə epilepsiya tutması baş verdi. Sonra tutmalar artdı və gündə 15 dəfəyə çatdı. Ağzımda qəribə metal dadı hiss edirdim. Mən epilepsiyadan müalicə almalı oldum və cıdıra getmədim. 1 aydan sonra atım Alisaya baş çəkdim. O mənim yarış yoldaşım idi.

1 aydan sonrakı görüşdə Alina özünü qəribə apardı, o mənə sarı gələrək, mənim başımın sağ tərəfini iyləməyə, fınxırmağa başladı. Bu dəfələlə təkrarlandı. Alisa burnunu, başını yalnız bir hissəyə sürtürdü. Düşündüm ki, at hiss edib ki, epilepsiya xəstəliyi başdandır. Amma atın bu davranışları məni tədirgin etdi. 1 həftə sonra mən baş beyin MRT-dən keçmək istədiyimi bildirdim".

Müayinə nəticəsində qadının beynində nadir forma olan şiş oliqodenroqlioma aşkarlandı və törəmə əməliyyatla götürülüb.

"Həkimlər atçılıq idmanı ilə məşul olmağı hələ ki, qadağan edib. Amma mən aradan Alinanı yəhərləyirəm. Çünki mənə pis olduğunu həmişə hiss edir, ona etibar edə bilərəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu