Münhen debatında əsas məsələ Qarabağ idi - AKTUAL



“Azərbaycan Prezidenti də ölkəmizin maraqlarını müdafiə edirdi”



“AĞ Partiya olaraq bütün ümummilli məsələlərə və əsasən də Qarabağ məsələsinə dair yanaşmamız birmənalı və qətidir”.

Bunu “Şərq”ə açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya rəhbəri bildirib ki, onlar həm Qarabağ məsələsində, həm də digər ümummilli məsələlərdə heç bir iqtidar-müxalifət ayırımı etmirlər: 



Tural Abbaslı: "Dünyadakı anti-Azərbaycan qüvvələrin qarşısını xalq olaraq, siyasilər olaraq birlikdə kəsməliyik"


“Bizim üçün dövlət maraqları istənilən digər siyasi maraqlarımızdan öndə gəlir. Həmçinin, biz iqtidarla siyasi mübarizəni, dövlətlə mübarizə kimi görmürük. Münhendə baş tutan debatda əsas məsələ Qarabağ idi. Prezident İlham Əliyev orada Azərbaycanın maraqlarını müdafiə edirdi. Odur ki, biz belə debat və platformalarda hər zaman dövlətimizin yanındayıq. “Nəyin bahasına olursa-olsun, fərq etməz, mütləq iqtidara gələk” düşüncəsinin qətiyyən tərəfdarı deyilik. Dünyadakı anti-Azərbaycan qüvvələrin qarşısını xalq olaraq, siyasilər olaraq birlikdə kəsməliyik və vahid olmalıyıq. Əks təqdirdə Azərbaycan adlı böyük gəmimizə su dolacaq və hər birimiz də bu gəmi ilə birgə dərin sulara qərq olacağıq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu