Dəfn zamanı meyitlər səhv düşdü

Türkiyənin Hatay şəhərinin Samandağ rayonunda dəfn zamanı cənazələr səhv düşüb.

“Vatan”ın verdiyi xəbərə görə, 83 yaşlı Həlimə Dağ və 90 yaşlı Zəhra Doğru eyni gündə vəfat ediblər.

Onların cənazələri xəstəxananın morqunda səhv düşüb.

H.Dağın dəfni zamanı meyitin ona aid olmadığı üzə çıxıb. Mərhumun qohumları bu barədə xəstəxanaya xəbər veriblər. Z.Doğru dəfn edildiyi yerdən çıxarılaraq ailəsinə təhvil verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu