DTX əməliyyat keçirdi - İcra başçısı rüşvət alarkən tutulub - FOTO 

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Serq.az-ın xəbərinə görə, əməliyyat nəticəsində saxlanılanlar var.

Hələlik rəsmi qurumlar əməliyyat barədə məlumat yaymayıb.

Yerli mətbuatın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub. Bildirilir ki, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu